banner
banner

Sİyasət

Türkiyə Prezidenti "Star" NEZ-in tikintisinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib

Türkiyə Prezidenti "Star" NEZ-in tikintisinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Star" neft emalı zavodunun (NEZ) tikintisi ilə əlaqədar olaraq Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.

Trend-in məlumatına görə, R.T.Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının parlamentdə keçirilən iclasında bildirib:

"Mən qardaşıma, Azərbaycan Prezidenti İlham Əliyevə oktyabrın 19-da açılışı olmuş "Star" neft emalı zavodunun tikintisinə görə minnətdaram".

Dövlət başçısı vurğulayıb ki, "Star" NEZ Türkiyə üçün vacib layihədir: "Bu, Türkiyədə çox mühüm enerji layihələrindən biridir. Belə ki, "Star" zavodu ölkənin neft məhsullarına tələbatının 25 faizini təmin edəcək".

Xatırladaq ki, oktyabrın 19-da Türkiyənin İzmir şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə “Star” neft emalı zavodunun açılış mərasimi keçirilib.

“Star” zavodunun ümumi neft emalı gücü 10 milyon ton təşkil edəcək və müəssisənin əsas xammal tədarükçüsü kimi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti - SOCAR çıxış edir. SOCAR-ın 6,3 milyard dollar kapitalla Türkiyənin İzmir şəhərinin Əliağa rayonunda, “Petkim” neft-kimya kompleksinin ərazisində inşa etdiyi bu zavodda avqustdan etibarən sınaq məqsədilə xam neft emalına başlanılıb. Zavoda ilk neft yükü məhz Azərbaycandan olmaqla 80 min ton “Azeri Light” markalı neft çatdırılıb. Zavod 5 milyon ton dizel yanacağı istehsal etmək imkanına malikdir və Türkiyənin idxalının 40 faizə düşməsinə səbəb olacaq. Həmçinin mayeləşdirilmiş qazın idxal səviyyəsi də 70 faizə enəcək. “Star” neftin qiymətindən asılı olaraq hər il 6-8 milyard dollarlıq ticarət həcmi formalaşdıracaq. Layihənin həyata keçirilmə müddətində burada 19 min 500 işçi çalışıb. Zavod istehsala başladığı zaman 1100 nəfər yeni iş yeri ilə təmin olunacaq.

“Star” neft emalı zavodunda hər il 10 milyon ton xam neft emal ediləcək. Zavodda ildə 1,6 milyon ton nafta, 1,6 milyon ton təyyarə yanacağı, 4,8 milyon ton az kükürdlü dizel yanacağı, 700 min ton neft koksu, 420 min ton qarışıq ksilen və 160 min ton kükürd istehsal olunacaq. Zavod “Petkim” neft-kimya kompleksinin nafta və qarışıq ksilenə olan tələbatını tam ödəyəcək.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Prezident BƏƏ naziri ilə görüşdü FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir ilə görüşü başlayıb.

Şots: "İndi sülh fürsəti çox yaxındır"

Cia.az xəbər verir ki, Almaniyanın Baş naziri Olaf Şolts Azərbaycan Prezidenti İlham Əliyev ilə birlikdə keçirdiyi mətbuat konfransında Bakı ilə İrəvna arasındakı münaqişənin həllinin həmişəkindən daha yaxın olduğunu söyləyib. O, münaqişənin sülh yolu ilə həll edilməli olduğunu bildirib. Şolts deyib: "Əlbəttə ki, biz ilk növbədə Ermənistanla Azərbaycan arasındakı münaqişəni müzakirə elədik.

İlham Əliyevin Şoltsla görüşü BAŞLADI

Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə təkbətək görüşü başlayıb.

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezident İlham Əliyevin Almaniyaya gözlənilən səfərinin Füzuli-Berlin marşrutu üzrə başlanması - azad olunmuş ərazilərdən qlobal siyasətə ilk çıxış təkcə bu unudulmaz anı tarix səhifəsinə yazmaq məqsədi daşımırdı, həm də siyasi hesablamanın tərkib hissəsidir. Və məsələ heç də Əliyevin Japarovla birlikdə Qarabağda olduğu üçün zaman trafikindən qaynaqlanmır. Füzulidən Berlinə uçan Prezidentin portfelində Azərbaycana dividentlər gətirəcək məsələlər var.

İlham Əliyev quru sərhədinin açılması ilə bağlı danışıb

“Biz təhlükəsizlik, regional inkişaf riskləri və sair haqqında danışırdıq. Ətrafımızda qeyri-sabitliyin müxtəlif sahələrini görürük. Quru sərhədinin bağlı saxlanması qərarı COVID səbəbi ilə verilib. Biz hələ də formal olaraq karantin mərhələsindəyik, amma, eyni zamanda, açıq deməliyik ki, sərhədlərin bağlı qalması qərarı təkcə buna əsaslanmır”.